Manşet Şou biznes

“Eurovision” üçün Təl-Əvivə yola düşdülər

İctimai Televiziya və Radio Yayımları Şirkətinin bir qrup əməkdaşı, eləcə də Milli Təşkilat Komitəsinin bəzi üzvləri  “Eurovision 2019” mahnı müsabiqəsində iştirak etmək üçün Təl-Əvivə yola düşüblər.
“Qafqazinfo” xəbər verir ki, müsabiqənin ölkəmiz üzrə şərhçisi, müğənni Murad Arifin də yer aldığı nümayəndə heyəti qələbə arzusu ilə yola çıxdıqlarını bildiriblər.
Dəstək heyəti İsrailə Azərbaycanın milli-mədəni dəyələrini, tarixini, turizmini əks etdirən müxtəlif maarifləndirici materiallardan ibarət hədiyyələr də aparıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir