Dünya Manşet

Davudoğludan YSK-nın qərarına sərt reaksiya

Keçmiş baş nazir Əhməd Davudoğlu da Ali Seçki Komissiyasının (YSK) İstanbulun bələdiyyə seçkilərinin ləğvi qərarına münasibət bildirib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Davudoğlu YSK-nın qərarına sərt münasibəti ilə seçilib:

“Siyasi ənənəmizin ən təməl dəyəri son sözün millətin iradəsinə aid olmasıdır. Əsaslandırması nə olursa-olsun, 31 mart seçkilərindən sonra yaşananlar və YSK-nın bu qərarı təməl dəyərlərimizin zədələnməsinə səbəb olub. Onun bu qərarı beynəlxalq hüquqa və konvensiyalara zidd olmaqla bərabər, azad, qaydalara uyğun demokratik seçkilərdə ortaq qərar düşüncəmizə ziyan vurur. İndi etməli olduğumuz: ölkəmizə yaraşan şəkildə seçkidə iştirak etmək, qütbləşmədən uzaq duraraq demokratiyamızın daha çox zədələnməsinə mane olmaqdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir