Türkiyənin qərbində 4.7 bal gücündə zəlzələ baş verib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Məlumata görə, təkanlar yerli vaxtla saat 2: 43-də qeydə alınıb. Zəlzələnin episentri İzmir şəhərindən 89 kilometr şimal-şərqdə və Manisa şəhərindən 56 kilometr şimal-şərqdə yerləşib. Mənbənin dərinliyi 7 kilometr olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.