İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə mərkəzin mətbuat xidmətindən verilən xəbərdə deyilir.
Qeyd edilir ki, İrandan “Sədərək” Ticarət Mərkəzinə əsasən xalça və digər toxuculuq məhsulları gətirilir. Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb. Bazara əsasən Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir.