“Real” İspaniya La Liqasının 26-cı turunda “Barselona” ilə oyuna itkilərlə çıxacaq.
Qol.az xəbər verir ki, zədəli Eden Hazardın ardından Rodrigonun da bu vacib görüşü buraxacağı dəqiqləşib.
Braziliyalı yarımmüdafiəçi “Real”ın ikinci komandası olan “Kastilya”nın heyətində 3-cü liqada “San Sebastian Reyes”lə qarşılaşmada qırmızı vərəqə alıb. La Liqanın reqlamentinə əsasən Rodriqo növbəti matçda iştirak etməyəcək.
Qeyd edək ki, “Real” – “Barselona” oyunu martın 1-də keçiriləcək.
REKLAM