“Qızım Nəzakət Rzazadənin sevgilisi ilə münasibətinə razılıq verilmədiyi üçün intihar etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bu barədə Axar.az-a açıqlamasında özünü dənizə ataraq, intihar edən Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib.
O bildirib ki, qızının hansı səbəbdən intihar etməsi məlum deyil:
“Qızımın Balahüseyn Məmmədovla münasibətindən xəbərdar idik. Üçüncü kursda oxuyurdu deyə, universiteti bitirdikdən sonra ailə qurmasını məsləhət görmüşdük. Sevdiyi oğlan öz kəndimizdəndir. Bu gün gecə saat 1-2 arası intihar ediblər. İntihar səbəbini isə bilmirik. Nəzakətin meyiti hələ tapılmayıb, axtarışlar davam edir”.
Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılıb.
İntihara ailələrin onların münasibətinə qarşı çıxmasının səbəb olduğu bildirilir.