Nəsimi rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Ölkə.Az” xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini R.Əliyev fevralın 24-də Azadlıq prospektində “VAZ-21012” markalı avtomobilinə sərnişin qismində oturmuş 1 nəfərin ona zor tətbiq edib pulunu və mobil telefonunu aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.