Dünya

“Tramp 200 il yaşaya bilərdi” — Ağ evin şəxsi həkimi etiraf etdi

Donald Trampın şəxsi həkimi ABŞ prezidentinin pəhriz sirlərini açıqlayıb.

”Ölkə.Az” xəbər verir ki, keçən ay ağ evdən təqaüdə çıxan həkim Ronni Cekson Donald Trampın yeməyinə gizlincə gül kələmi əlavə etdiyini etiraf edib. Eyni zamanda o Trampın qolfdan başqa heç bir idmanla məşğul olmadığını və ”Fast food” yeməklərinə çox düşkün olduğunu deyib. Həkimin sözlərinə görə Tramp artıq çəkili insanlar sırasına daxildir və aldığı idman alətlərindən istifadə etmir. Ronni ABŞ prezidentinin yediyi kartof pürelərini gül kələmi ilə qarışdırdığını və ağ evdə dondurma saxlamadıqlarını deyib.

Belə ki, o Trampı sonuncu dəfə müayinə edərkən ”Tramp çox sağlam insandır. Son 20 ildə sağlam qidalansaydı bəlkə də 200 il yaşaya bilərdi. Buna genetika deyilir və bəzi insanların genetikası möhtəşəmdir” sözlərini vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir