“Qarabağ”ın müdafiəçisi Ailton Silvanın mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilir.
Qol.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri xəbər yayıb.
Ağdam təmsilçisinin komandada icarə əsasında çıxış edən braziliyal futbolçunu birdəfəlik transfer edəcəyinin inandırıcı olmadığı bildirilib. Qeyd olunub ki, “Qarabağ” futbolçunun müqavilə ilə məxsus olduğu “Ştutqart”a tələb olunan 1,5 milyon avronu ödəməyəcək. “Sambaçı”nın “Ştutqart”a qayıtmayacağı da iddia olunub.
Qeyd edək ki, Ailton ötən ilin yayından “Qarabağ”da çıxış edir. Onun icarə müqaviləsi mövsümün sonunda başa çatır.