Dünya Manşet

İdlibdə şəhidlərin sayı 36-ya çatdı – Ərdoğan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İdlibdə Türkiyə ordusunun şəhidlərinin sayı 36-ya çatıb.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə hakimiyyətinin məqsədi şəhid vermədiyi günlərə çatmaqdır.

Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə son danışığını xatırladaraq deyib ki, əgər Rusiyanın Suriyada hərbi baza qurmaq niyyəti varsa, bunun üçün Türkiyənin önünü kəsməməlidir: “Çəkilin, dedim, Suriya rejimi ilə təkbətək mübarizə aparaq. Suriya məsələsi Türkiyə üçün əsla bir macəra deyil, Türkiyənin Suriyada olmasından narahat olanlara təəssüf edirəm. Ölkəmizi terror dəhlizi ilə mühasirəyə almağa qalxanlara qarşı mübarizə aparırıq. 4 milyon insan sərhədlərimizə doğru hərəkət edir. Hazırda 1,5 milyon sərhədimizdədir”.

Ərdoğan onu da deyib ki, əgər bu gün Türkiyə mübarizəsini davam etdirməsə, sabah Hatay, Şırnak, Şanlı Urfa və Gaziantepdə də şəhid verəcək: “Biz Türkiyə hakimiyyəti ilə mübarizəyə qərarlıyıq”.APA

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir