Məktəbli oğlan 12 yaşlı qızın gözündən plastik güllə ilə atəş açıb.
REN TV-nin məlumatına görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb.
Bildirilir ki, naməlum uşaq qızı yaxın məsafədən güllələyib.
Qız xəstəxanaya yerləşdirilib. Ona göz almasının kontuziyası diaqnozu qoyulub. Uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin səbəbləri araşdırılır.