Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdəki hadisələr və “Bahar Qalxanı” hərəkatı ilə bağlı açıqlamalar verib.
Redaktor.az-ın məlumatına görə, o. şəhidlərin qanının yerdə qalmayacağını, bunun bədəlinin ağır olacağını bildirib.
“Qapıları açdıqda zənglərin ardı-arası kəsilmir. O iş bitdi! Şəhidlər təpəsi boş qalmayacaq”, deyə o qeyd edib.
Ərdoğan Rusiya prezidenti ilə görüşün nəticəsindən çox şeyin asılı olduğunu da gizlətməyib:
“Atəşkəs və ya digər addımların atılacağı dəqiqləşəcək. Bizim dağıdıcı döyüş təyyarələrimiz var. Ordumuz Suriyanın hər yerində terrorçuları məhv edir”.