Qaxda 24 yaşlı Orucova Əfsanə Rüfət qızı “Net” təmizləyici vasitəsini ehtiyatsızlıqdan içdiyini qeyd edib.
Oxu.Az-ın məlumatına görə, həmin ailə münaqişəli ailə kimi polis şöbəsində qeydiyyatda olmayıb.
Hazırda məlumatlar toplanıb, prokurorluğa göndərilib.
09:12
Qaxda yenicə ailə quran qadın özünü zəhərləyib.
Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Turaclı kəndində baş verib.
1996-cı il təvəllüdlü kənd sakini Orucova Əfsanə Rüfət qızı “Net” təmizləyici vasitəsini içib.
O, dərhal yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsində Ə.Orucovaya yardım göstərilib.
Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Ə.Orucovanın həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Ə.Orucova 2-3 ay əvvəl ailə həyatı qurub.