Dünya

Tramp: “Ən yaxşı həkimlər bizdədir, İran istəsəydi…”

ABŞ koronavirusla mübarizədə İrana kömək etməyə hazırdır.

“Fox News” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp ölkəsində koronavirusla mübarizədən vitse-prezident Mayk Pensin rəhbərlik etdiyi xüsusi qrupun cavabdeh olduğunu qeyd edib.

“Biz epidemiyanın öhdəsindən uğurla gəlirik. Möhtəşəm qrupumuz var. Dünyanın ən yaxşı həkimləri ABŞ-dadır”, – deyə ABŞ lideri bildirib.

Prezident həmçinin, ABŞ-ın koronavirusla mübarizədə digər ölkələrə yardım etdiyini də söyləyib:

“İran istəsəydi, kömək edərdik. Onlar çox ciddi zərər görüblər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir