Dünya

Son dəqiqə: Türk ordusu son 24 saatda 184 Əsəd döyüşçüsünü məhv edib

Türkiyə Silahlı Qüvvələrinin (TSK) İdlibdə “Bahar qalxanı” əməliyyatı uğurla davam edir.

“Ölkə.Az”  xəbər verir ki, Türkiyə Milli Müdafiə naziriliyinə son bir gündə “Bahar qalxanı” əməliyyatı çərçivəsində həyata keçirilən  əməliyyat barədə məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, ötən gecə ərzində havadan və qurudan əməliyyatlar davam etdirilib: “Bu əməliyyat nəticəsində  son 24 saat ərzində 4 tank, 5 topu,artileriya qurğusu, minamyotu, 8 hərbi maşını, 2 pulemyot qurğulu pikap, 2 zirehli texnika və 184 Əsəd rejiminin döyüşçüsü məhv edilib”.

Bundan əlavə olaraq TSK-nın həyata keçirdiyi əməliyyat nəticəsində  Serakibdə  Əsəd rejiminə bağlı  amnsızlığı ilə seçilən və mütəmadi olaarq dinc insanları hədəf alan “Pələng” xüsusi təyinatlı dəstələrinin komandiri, general Süheyl Salman əl-Həsən ağır yaralanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir