Amerikalı boksçu Floyd Meyuezer yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla döyüşə hazır olduğunu bildirib.
“Mirror” xəbər verir ki, Meyuezer rusiyalı idmançı ilə 600 milyon dollar müqabilində döyüşəcəyini bəyan edib.
Boksçu bu döyüşün onun üçün riskli ola biləcəyini etiraf edib.
O, həmçinin böyük məbləğ müqabilində Makqreqorla revanş keçirməyə razılaşıb.
Qeyd edək ki, daha əvvəl Nurməhəmmədovun meneceri Əli Abdul-Əziz Səudiyyə Ərəbistanının onun Meyuezerlə döyüş keçirməsində maraqlı olduğunu bildirib.
Bu görüşə görə rusiyalı idmançıya 100 milyon dollar təklif edilib.