Çində yeni növ koronavirusun yayılması səbəbindən istixana qazlarının tullantıları azalıb.
“The İndependent” xəbər verir ki, hal-hazırda dünyada iqlimin dəyişməsinin əsas səbəbkarı Çindir. Lakin son həftələr ərzində ölkədə CO2 tullantılarının miqdarı 25% azalıb.
İqlim vəziyyətinin yaxşılaşmasına küçələrdə avtomobillərin sayının azalması və kömür yandırılmasının zəifləməsi səbəb olub.
Bundan əlavə, koronavirusun yayılması istixana qazlarının tullantısı ilə bağlı olan neftin və hava daşımalarının qiymətini aşağı salır.
Qeyd etmək lazımdır ki, əgər 2019-cu ildə qeyd olunan tullantıların miqdarı 400 milyon ton təşkil edibsə, cari ildə həmin göstərici 300 milyon tona bərabərdir.