Cəmiyyət

İstirahət günlərində itkin düşən 4 nəfər tapıldı

İstirahət günlərində Bakı polisi tərəfindən 51 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az -a verilən məlumata görə, onlardan 17-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, narkotiklərlə əlaqəli 14, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində 19 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 24 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir