Cəmiyyət

Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 9 mart 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərlərin nəticələrinə görəŞ havada toz-duman müşahidə edilir və tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Ölkə.Az”a verilən məlumata görə, tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb, arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir