Sosial

Kəmalə Ağazadə: “Sığınacağın dezinfeksiya olunması üçün müraciət etmişik”

Ölkədə koronavirus təhlükəsi ilə bağlı inzibati binalarda dezinfeksiya işləri aparılır. Yaxın günlərdə Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində də dezinfeksiya işlərinin aparılması ilə bağlı müraciət edilib.
Bu barədə  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qərar hər bir müəssisəyə şamil olunmalıdır:
“Bizim sığınacaqda hal-hazırda 35 nəfər var. Bu qədər uşağı, ananı hara yerləşdirim? Heç olmasa, dezinfeksiya olunmuş bağçalardan birinə 2 günlük uşaqları yerləşdirə bilsək, bu işlərə başlayardıq. Onsuz da rəsmi olaraq təhsil müəssisələrinin, eləcə də bağçaların fəaliyyəti dayandırılıb. İki günlük bağçada qalmaqla sığınacaqda da təhlükəsizlik tədbirləri görmək mümkündür.
Məsələ ilə bağlı bu gün Binəqədi rayon İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət etdik. Müraciətimiz qəbul olundu və qısa zamanda cavablandırılacağı bildirildi. Şifahi olaraq müraciətimizin müsbət cavablandırılacağı bildirildi. Yaxın zamanda Uşaq Sığınacağının da dezinfeksiya edilməsi gözlənilir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir