Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktoruna daha bir müavin təyin edilib.
Anews.az xəbər verir ki, bu, Emil Vediyevdir.
Bununla da, şirkətdə müavinlərin sayı 5-ə çatıb.
E.Verdiyev 1977-ci ildə Bakıda anadan olub, 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr təhsili, 1997-1999-cu illərdə isə magistr təhsili alıb.
O, əmək fəaliyyətinə 2001-ci ildə “Titan” LTD şirkətində başlayıb, 2004-2005-ci illərdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində təhlükəsizlik üzrə müşavir, 2006-cı ildə “Titan” LTD şirkətində təhlükəsizlik xidmətinin rəisi, 2007-2010-cu illərdə “Azeri M-I Drilling Fluids”, “M-I Swaco” LTD şirkətində anbardar və operator, 2011-2015-ci illərdə Fövqaladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarət Dövlət Agentliyinin Neft Müfəttişliyində baş məsləhətçi-baş müfəttiş, 2015-ci ildə “Bakı Ağ Şəhər Ofis Binası” MMC-də istismar üzrə koordinator, 2015-2020-ci illərdə “Azərpoçt”un Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi vəzifəsində işləyib.Report