UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində sabah keçirilməli olan iki matçı təxirə salınıb.
Zirveyolu.info xəbər verir ki, bunlar İspaniya və İtaliya komandaları arasında baş tutmalı olan görüşlərdir.
Belə ki, İspaniyadakı “Sevilya” – “Roma” və İtaliyadakı “İnter” – “Xetafe” oyunları təxirə salınıb. Buna səbəb İtaliyadakı koronavirusa görə, İspaniya hökumətinin bu ölkəyə gediş-gəliş vasitələrini məhdudlaşdırmasıdır.
Həmin matçların hansı tarixdə baş tutacağı hələ ki bilinmir. //Oxu