Manşet Səhiyyə

Ramazanda arı məhsulları qəbul edin – Alimlər möcüzəvi xeyirlərini tapdılar

Orqanizmi tox və rahat saxlayan qidaların biri olan arı məhsullarından ramazan ərəfəsində qəbul edilməsi məqsədəuyğundur. Bu, uzunmüddətli elmi araşdırmalardan sonra təsdiqlənib.

Medicina.az bu elmi araşdırmanın təfərrüatlarını təqdim edir:

Arı məhsulu dedikdə ilk ağıla sadəcə bal gəlir. Halbuki arı məhsullarını saymaqla bitməz.
Bal arısı koloniyaları aptek kimidir. Çiçək tozu, arı südü, propolis, mum və arı zəhəri kimi vasitələr min bir dərdin dərmanıdır.
Bu müqəddəs ayda istifadə olunan arı məhsullarından süd və çiçək tozu ilk yeri tutur. Arı südü uzun müddət toxtutma qabiliyyətinə malikdir. Ona görə də məhz bu ayda xüsusilə məsləhət görülür.
Arı südü xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir. Arı südü mikrobları məhv etdiyi kimi onların əmələ gəlməsinə də mane olur. Arı südü damar tıxanıqlığını aradan qaldıraraq, qan axınını yaxşılaşdırır. Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur.
Arı südü asıtma, bronxit və nəfəs darlığı çəkən xəstələr üçün də müalicəvidir və ağciyəri təmizləyərək bəlğəmi azaldır. Bundan başqa, arı südü uşaqların zehni və fiziki inkişafını sürətləndirərək əzələ və sümük inkişafını dəstəkləyir. Arı südü və çiçək tozunda minerallar, vitaminlər, zülallar və bol miqdarda karbohidratlar var. Oruc tutan insanlar qida qəbul edən zaman çiçək tozu istifadə etməkləri də məsləhətlidir. Çünki polen gün ərzində enerjili qalmağa kömək edir. Xəstəliklərə qarşı immun yaranması üçün proplis də zəruridir. Propolisi hər gün istifadə etsəniz xəstələnmə ehtimalınız minimuma enir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir