Rusiya Prezidenti Vladimir Putin yapon mütəxəssisləri ilə birlikdə üzərində işlədikləri yeni növ koronavirusu (Kovid-19) aşkarlayacaq portativ sürətli test cihazının gələn aydan istehsalına başlamağı planlaşdırdıqlarını söyləyib.
Zirveyolu.info -ın məlumatına görə, Putin Nazirlər Şurasının iclasında Kovid-19-a qarşı ölkədə koronavirusa qarşı görülən tədbirlər barədə açıqlamalar verib.
Rusiyada koronavirus aşkarlanandan sonra yeni və daşınan sürətli sınaq cihazının hazırlanması barədə fikrilərini bölüşən prezident Putin, bu cihazın ilk olduğunu diqqətə çatdırıb. Putin
“Rusiya tərəfindən maliyələşdirən və yapon mütəxəssisləri ilə birlikdə hazırlanan Kovid-19 cihazının istehsalına başlamağı planlaşdırırıq” deyə bildirib.
Ölkədəki həkimlərə və tibb işçilərinə dəstək olmaq üçün lazımi tədbirlərin vacib olduğunu deyən Putin, xaricdən artıq dərman vasitələrinin alınması ilə bağlı qərar da imzaladığını və dərman vasitələri və dərman ehtiyatlarının artırılacağını bildirib.