Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb.
Bizimyol.info xəbər verir ki, mayın 17-də keçiriləcək iclasın gündəliyinə 18 məsələ daxil edilib.
Bunlar “Standartlaşdırma haqqında”, “Dövlət rüsumu haqqında”, “Təhsil haqqında”, “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında”, “Mədəniyyət haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” və s. qanunlara dəyişiklik layihələridir.