Azərbaycana yaz fəsli daxil olub.
Oxu.Az-ın məlumatına görə, bu il yaz fəsli ölkəyə martın 20-də, yerli vaxtla saat 07:49:36-da daxil olacaq.
Bu gündən Günəş öz orbiti üzrə hərəkət edərək, göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.
Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.