Keçmiş icra başçısı, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev koronavirus pandemiyasına qarşı müabrizə çərçivəsində “EvdəQal” kampaniyasına qoşulub.
Yenisabah.az xəbər verir ki, 60 yaşlı YAP-çı bununla bağlı maraqlı fotolar və qeyd paylaşıb: “Axşamınız xeyir olsun səmimi və hörmətli dostlar! Ekologiya nazirliyi deyir ki, evde qal, təbiəti seyr et! İdman və Gənclər Nazirliyi də deyir ki , evdə qal, idmansız qalma! Mədəniyyət Nazirliyi də deyir ki, evdə qal, ancaq musiqisiz qalma! Bizim də borcumuz əməl etməkdir!
Ay duman gel, get bu dağlardan ,
Durna gözlü bulaqlardan.
Eşitmişəm babalardan,
Pis günün ömrü az olur, az olur!”,