2007-ci ildə İranda yoxa çıxan ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş agenti Robert Levinsonla bağlı ziddiyyətli olay yaşanır.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, FTB əməkdaşının ailəsi onun İranda öldürüldüyünü, rəsmi Tehran isə Robert Levinsonun illər əvvəl İranı tərk etdiyini bildirir.
İran XİN-in sözçüsü Abbas Musəvi bəyan edib ki, FTB agenti illər əvvəl İranı tərk edib. Agentin ailəsi isə iddia edir ki, Levinson 2007-ci ilin mart ayından İranda həbs edilib və orada öldürülüb. İranın BMT-dəki səfiri Əlirza Miryusifi isə deyib ki, İran rəsmilərinin Levinsonun harada olduğu barədə heç bir informasiyası yoxur. Diplomat əlavə edib ki, agent İranda həbsdə deyil.
Xatırladaq ki, Robret Levinsonun ailə üzvləri onun ölümü haqda məlumatı ABŞ rəsmilərindən aldığını açıqlamışdı. Ailəsi qeyd edir ki, Levinsonun nə zaman və harada öldüyünün dəqiq olmasa da, koronavirus epidemiyasından əvvəl baş verib.