Son sutkada Türkiyədə yeni tip koronavirusdan (COVİD-19) 16 nəfər ölüb, 1 704 yeni yoluxma qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca “Twitter” hesabında məlumat verib.
O bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 402, ölənlərin sayı isə 108 nəfərdir.
Onun sözlərinə görə, bu gün 7 641 nəfər testdən keçirilib.
Qeyd edək ki, Türkiyədə koronavirusdan sağalanların sayı 70 nəfərdir.