Koronavirusla mübarizə ilə bağlı karantin rejiminin qaydalarına riayət olunması üçün Bakıda bəzi ərazilərə Daxili Qoşunların əsgərləri cəlb olunub.
BakuPost xəbər verir ki, artıq paytaxt küçələrində əsgərlər qaydaları nizamlamağa polisə dəstək verməyə başlayıblar.
Qeyd edək ki, koronavirus pandemiyasının yayılmaması üçün ölkədə güncləndirilmiş karantin rejimi tətbiq olunub. Yaxın günlərdə fövqəladə vəziyyətin elan olunması barədə informasiyalar dolaşır.