Azərbaycanda uşaqlara energetik içkilərin satışının qadağan edilməsi təklif edilir.
Zirveyolu.info Trend-ə istinadən bildirir ki, bununla əlaqədar “Uşaq hüquqları haqqında” qanuna yeni dəyişikliklər edilir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.
“Gənclər siyasəti haqqında” qanunla hazırda bu cərimə yalnız zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinə görə tətbiq edilir. Qanuna təklif edilən yeni dəyişikliyə əsasən, energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə də cərimə tətbiq ediləcək.