ABŞ Mərkəzi Bankı (FED) xarici banklar üçün yeni kredit imkanları yaratdığını açıqlayıb.
Zirveyolu.info xəbər verir ki, FED koronavirus epidemiyası səbəbi ilə hesabında valyuta az olan banklara yeni imkanlar yaradıb.
Bununla da FED-də hesabı olan banklar əməliyyatları reallaşdıra biləcəklər.
Həmçinin, banklar dollar ehtiyatları ilə təmin ediləcək və kredit paylamaq üçün onlara münbit şərait yaradılacaq.