Səhiyyə

”Bir xəstə təmasda olduğu 50-yə yaxın şəxsi yoluxdurur” – TƏBİB-dən XƏBƏRDARLIQ

“Bir nəfər xəstə evdən çölə çıxır və 3-4 gün keçdiyi yolu analiz edəndə çox sayda insanın yoluxduğunu görürük”.

Zirveyolu.info  xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.

TƏBİB rəsmisi qeyd edib ki, bir xəstə ətrafında təmasda olduğu 50-yə yaxın şəxsi xəstəliyə yoluxdurur.
O bildirib ki, bu səbəbdən insanların evdə qalmaqları mütləqdir: “Xəstəlik çox yayıldıqca strategiyamızı dəyişmişik. Çünki mövcud vəziyyəti nəzərə almalıyıq”.
TƏBİB rəsmisi qeyd edib ki, əgər bir şəxs xəstədirsə və müalicə olunduqdan sonra simptomlar olmursa 24 saat ərzində iki dəfə yoxlandıqdan sonra evə buraxılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir