Çin koronavirus haqqında məlumatların gizlədilməsi iddialarına cavab verib.
Zirveyolu.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin açıqlama yayıb.
XİN-in rəsmi nümayəndəsi bildirib ki, Çin əvvəldən koronavirus infeksiyası ilə bağlı məlumatların verilməsi prosedurunda açıq və məsuliyyətli bir mövqe tutub:
“Bundan əvvəl Amerika media qurumlarında Pompeo və digər amerikalı rəsmilərin pandemiya barədə məlumatların gizlədilməsi və saxtalaşdırılması ilə bağlı fikirlərinə baxdım. Beynəlxalq epidemioloji vəziyyətin qiymətləndirilməsinə gəlincə, bu məsələdə səlahiyyət yalan yayan siyasətçilərə deyil, ÜST və epidemioloqlara aiddir”.
Xanım diplomat Çinin əvvəldən açıq, məsuliyyətli bir mövqe tutduğunu və pandemiya barədə beynəlxalq ictimaiyyətə vaxtında məlumat verdiyini təkrarlayıb.
Bundan əvvəl ABŞ-da fəaliyyət göstərən “Blumberq” agentliyi anonim mənbələrə istinadən, Çinin xəstəlik məlumatlarını az qiymətləndirdiyini iddia edib. ABŞ prezidentinin müşaviri Robert Obrayn da jurnalistlərə açıqlamasında, ABŞ-ın Çindən verilən koronavirus hesabatının doğru olduğunu təsdiq edə bilmədiyini söyləyib.
Çin hakimiyyət orqanlarının rəsmi məlumatına görə, ölkədə cəmi 81 589 nəfər pandemiyaya yoluxub, onlardan 76 408 nəfəri artıq sağalıb, 3318 nəfəri isə ölüb. Amma Çin hakimiyyəti asimptomatik xəstələri ümumi statistikaya daxil etməyib, yalnız aprelin 1-dən dərc etməyə başlayıb. Belə ki, hazırda ölkədə təsdiqlənmiş diaqnozu olan 1075 asimptomatik xəstə tibbi nəzarətdədir.
Çin Dövlət Səhiyyə Komitəsi martın 29 Martda elan etdi ki, pandemiya bütün ölkə üzrə yayılıb.