Manşet Şou biznes

“Sevgilim olmasaydı, o məmurun verdiyi maşını götürərdim”

“İkinci dəfə “Maşın” realiti şousunda iştirak etdim. Yarışmadan ayrıldıqdan sonra bir dövlət məmuru mənə maşın hədiyyə etmək istəyirdi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Toliklə səmimi” yutub layihəsinə qonaq olarkən deyib.

Pərvin ona dövlət məmuru tərəfindən avtomobil hədiyyə olunduğunu qeyd edib: “Zəng etdilər ki, qarşılıq güdmədən sizə hədiyyə göndəriblər. Həmin vaxt münasibətim var idi, sevgilim də zəng gələn zaman yanımda oturmuşdu. Sevgilim olmasaydı, maşını götürərdim. Əgər təmiz niyyətlə verilibsə…

Hər zaman şəxsi avtomobilim olub. Yəqin ki, alıb daha sonra satardım. Əvvəllər müğənnilərə daha çox hədiyyə verirdilər. İndi belə şey yoxdur, kişilər bicləşib. Vaxt var idi ki, aktrisa və müğənnilərə qəşəng hədiyyələr verirdilər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir