Pakistan hakimiyyəti və Beynəlxalq Valyuta Fondunun (BFV) nümayəndələri İslmabada veriləcək 6 milyard dollarıq kreditin şərtlərini razılaşdırıblar.
Trend xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin maliyyə məsələləri üzrə müşaviri Əbdül Hafiz Şeyx bildirib.
H.Şeyx deyib: “Pakistan üç il müddətinə 6 milyard dollar məbləğində maliyyə dəstəyi alacaq”.
Qeyd edək ki, BVF-nun nümayəndə heyəti kreditin məbləğinin və şərtlərinin razılaşdırılması üçün aprelin 29-dan Pakistandadır.
Xatırladaq ki, Pakistan hakimiyyəti BVF-dən 6-7 milyard dollar dəyərində kredit istəməyi planlaşdırırdı. Bu halda BVF İslamabaddan büdcə kəsirinin azaldılması və vergi sisteminin genişləndirilməsini tələb edə bilərdi.
Pakistan 1980-ci ildən BVF-yə dəfələrlə maliyyə yardımı üçün müraciət edib. Sonuncu dəfə isə 2013-cü ildə müraciət edilib və BVF Pakistana 6,6 milyard dollarlıq kredit ayırıb.Trend