TƏBİB Azərbaycanda koronavirusla bağlı bu günə olan statistikanı açıqlayıb.
“Zirveyolu.info” xəbər verir ki, bu gün 3018 test aparılıb. Onlardan 105-nin nəticəsi pozitiv çıxıb.
Məlumata görə, indiyədək 53 011 test aparılıb. Koronavirusa yoluxan 822 nəfərdən 8-i dünyasını dəyişib, 63-ü isə sağalıb.
Reanimasiyada 8 xəstə var. Onlardan ikisi süni nəfəs aparatına qoşulub. Aktiv xəstələrin sayı isə 751 nəfərdir.