Dünya

Trampdan kritik açıqlama: “Ölüm sayı 100 mindən…”

Koronavirusun Çinin Uhan şəhərindən yayılmağa başlamasına baxmayaraq, hazırda ABŞ epidemiyanın mərkəzinə çevrilib. ABŞ prezidenti Donald Tramp son vəziyyətlə bağlı açıqlamalar verib.

Donald Trump ABŞ-da yeni növ koronavirus testlərinin sayının 2 milyonu keçdiyini bildirib:
“Virusla mübarizədə dəstək olan hər kəsə təşəkkür edirəm. İndi nə baş verdiyini və harada olduğumuzu bilirsiniz. Ümid edirəm ki, çox yaxında ölkəmiz əvvəlki gücünü geri qaytaracaq”.
Tramp koronavirusdan müalicə alan ölkənin Baş naziri Boris Consonun reanimasiyadan çıxmasından məmnun olduğunu və ona şəfa dilədiyini qeyd edib:
“Süni nəfəs aparatları ilə təmin olunması üçün başqa ölkələrə yardım edəcəyik. Ölüm saylarının təxminlərdən az olmasına çalışırıq.Ümid edirəm ki, 100 mindən az insan öləcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir