Koronavirusa yoluxan Cəlilabadın icra başçısının müavini Alıcı Dilavərov hələ xəstəxanadadır və müalicəsi davam edir.
Bunu Azvision.az -a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, A.Dilavərov özünü yaxşı hiss etdiyini deyib: “Alıcı Dilavərovla telefon danışıqlarımız olur. O, özünü yaxşı hiss etdiyini və heç bir şikayəti olmadığını söyləyib. Hazırda karantin rejimindədir”.
Qeyd edək ki, Cəlilabadın icra başçısının müavini Alıcı Dilavərov koronavirusa yoluxub.