Daşkəsən Rayon Polis Şöbəsində polis ehtiyatsızlıqdan öz həmkarını güllələyib.
ONA .AZ xəbər verir ki, hadisə şöbənin silah otağında qeydə alınıb. Polis serjantı, 1996-cı il təvəllüdlü Şamxal Mikayılzadə “Makarov” markalı silahla ehtiyatsız davranması nəticəsində atəş açıb və güllə onun həmkarı, polis serjantı, 1993-cü il təvəllüdlü Ceyhun Həsənovun ayağına dəyib.
Faktla bağlı araşdırma aparılır.( ONA .AZ)