Dünya

ABŞ-ın büdcə kəsiri rekord səviyyədə artacaq – PROQNOZ

Kəskin iqtisadi böhran və koronavirusun baş verməsi ilə əlaqəli böyük xərclər ABŞ-ın 2020-ci maliyyə ilində büdcə kəsirinin, demək olar ki, dörd dəfə artaraq rekord 3,8 trln. ABŞ dollarına və ya ÜDM-in 18,7% -ə çatmasına səbəb olacaq.

“APA-Economics”in “Reuters”a istinadən verdiyi məlumata görə, bu barədə “Məsuliyyətli Federal Büdcə Komitəsi” təşkilatının proqnozunda deyilir.

Məlumata əsasən, komitə, həmçinin ABŞ-ın büdcə kəsirinin 2021-ci maliyyə ilində 2,1 trln. dollara enəcəyini proqnozlaşdırır.

CRFB proqnozlarına görə, 2021-ci ildə iqtisadiyyatda güclü bir bərpa baş verəcək və 2025-ci il üçün tamamilə böhrandan əvvəlki vəziyyətə qayıdacaqdır. Belə bir dinamika baş verərsə, dövlət borcu 2025-ci il üçün qədər ÜDM-in 107% -ni təşkil edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir