Cəmiyyət Manşet

Demokratiyadan “dəm vuranlar”ın susmalarına səbəb nə oldu?

Bu ilin aprel ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş onlayn müşavirə keçirildi və ötən üç ay ərzində görülmüş işlər geniş müzakirə olundu. Bundan əlavə, cənab Prezident qarşıda duran vəzifələrlə bağlı hökumətin qarşısında konkret vəzifələr də qoydu. Ölkə rəhbəri keçirilən onlayn müşavirədə koronavirusla mübarizə tədbirləri və bu istiiqamətdə görülən işlər, sosial-iqtisadi durum, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ictimaiyyəti maraqlandıran bir çox məsələ və problemlərlə bağlı fikirlərini də ifadə etdi. Onu da qeyd edək ki, indiki həssas vaxtda Avropa ölkələrində oturub radikal mövqe ortaya qoyan bəzi qüvvələr isə, hal-hazırda koronovirus pandemiyasından sui-istifadə etməyə çalışırlar. Onların məqsədləri, məhz belə bir vaxtda ölkəmizdə qarşıdurma yaratmaqdır. Onu da unutmaq olmaz ki, həmin şəxslərin bu yöndəki fəaliyyətləri, xalqımıza məxsus dəyərlərlə, əxlaqımıza birbaşa ziddiyyət təşkil edir. O halın varlığını da qeyd etmək yerinə düşər ki, cənab Prezidentin təşəbbüsü ilə, bu gün hər bir şəxsin sosial vəziyyəti diqqətdə saxlanılır, sosial qayğıya ehtiyacı olan insanlara müəyyən yardımlar göstərilir. Əsas məqsəd də, məhz belə bir çətin sınaqdan dövlətimizi və xalqımızı xilas etməkdir.

Bəli, hal-hazırda dövlətimiz bu yöndə bütün zəruri tədbirlərini görməkdə davam edir. Ayrı-ayrı şəxslər tərəfindən görülmüş işlərə dəstək göstərilir. Yəni, ölkə vətəndaşlarının bu cür həmrəyliyinin varlığına baxmayaraq, özlərini müxalifət elan edən müəyyən qüvvələr isə, elə bir addımlarını atırlar ki, onların atdıqları addımlar hər kəsdə ikrah hissi yaradır. Həmin kəslər Avropanın ayrı-ayrı ölkələrində oturub, Azərbaycan hökumətinin ünvanına, koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirlərinə “qara yaxmaq”la məşğul olurlar. Əslində onlar belə çətin və keşməkeşli bir vaxtda xalqın yanında olmalı, dünyanı ağuşuna alan bu bəlanın aradan qaldırılması yöndə, bacardıqları köməkliyi göstərməlidirlər. Onların danışıq və davranışlarına diqqət yetirdikdə o da bəlli olur ki, həmin kəslər üçün Vətən, xalq, dövlət anlayışı yad bir anlayışdır. Ona görə ki, onlarda torpaq sevgisi, xalqa bağlılıq hissi yoxdur ki, bu gün həmin kəslər 5-ci kalon funksiyasını yerinə yetirib, xarici ölkələrdən Azərbaycan əleyhinə kompaniya aparırlar, görülən hər bir uğurlu işə kölgə salmağa çalışırlar. Hətta, sosial şəbəkələrdə etikadan kənar, məntiqə sığmayan ifadələr səsləndirməklə, bütün “sərhədləri açırlar”. Həmin kəslər daha çox dövlətimizə, xalqımıza xəyanət edib, özlərinin milli maraqlarının təmin olunması yöndə fəaliyyət göstərirlər. Hətta, elə hallar da olur ki, onlar biri-birilərini gözdən salmağa cəhd göstərirlər. Yeri gəldikdə öz ağalarına, sığındıqları təşkilatlara, dövlətlərə digərləri haqqında yalan məlumatlar ötürürlər. Bu cür addımlar da onların iç üzünü açır və bir daha sübut edir ki, xaricdə oturub demokratiyadan “dəm vuranlar”ın əsas məqsədləri, ancaq və ancaq şəxsi maraqlarının təmin olunmasını ödəməkdən ibarətdir. Düşündürücü hal odur ki, xaricdə oturub bu gün də Azərbaycanın əleyhinə çıxış edənlər bir neçə gün bundan öncə Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”lə bağlı ağızlarına “su alıb” susdular. Bu da həmin kəslərin hansı “vətənpərvərlik hissi” ilə yaşadıqlarını tam şəkildə sübut etmiş olur.

Ölkə daxilində fəaliyyət göstərən bəzi müxalif qüvvələrin ortaya qoyduqları yanaşma, heç də xaricdəki həmkarlarından fərqlənmir. Bir anlığa diqqət yetirək ki, bu gün Azərbaycan hakimiyyətinin istər koronavirus (COVİD-19) pandemiyasına qarşı apardığı mübarizə tədbirlərinə, istərsə də digər yöndə atdığı addımlara onlar kölgə salmaqla məşğul olurlar. Yəni, bir kimsə dilə gətirə bilməz ki, həmin qüvvələr hökumətin bu yöndə atdığı addımları alqışlasınlar. Bu cür yanaşmanın varlığı onu sübut edir ki, özünü müxalifət elan edən qüvvələrin ortaya qoyduqları belə bir mövqe, yalnız və yalnız düşmənçilik və qisasçılıq hissi daşıyır. Əslində onlar da, bu gün cənab Prezidentin çağırışına səs verməli və görülən işlərə müəyyən qədər dəstək olmalıdırlar. Əfsuslar olsun ki, düşüncələrində və yanaşmalarında qisasçılıq hissi formalaşan, “müştəbeh addımlar”ı ilə heç də uzağa gedə bilməyən radikal müxalifət, bu gün Azərbaycan Respublikasına utanc gətirən addımlar atmaqdadırlar.


Məşhur Məmmədov
Milli Məclisin deputatı
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir