“Karantin müddətinin bitməsi və ya uzadılması vəziyyətdən asılıdır”.
“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, məsələyə vaxtında ciddi yanaşıldığından bəzi ölkələrdəki kimi dəhşətli faktlar olmadı:
“Biz hələ də virusa qalib gəlməmişik. Mübarizə gedir və pozitiv nəticələr bizi ruhlandırmalıdır ki, bir az da cəhd etsək vəziyyəti qaydasına qoya bilək. Vəziyyətdən mərhələli çıxış sonrakı mərhələdədir”.