Şou biznes

““Xalq artistləri”, lüt oynayanlar bu ağır günündə xalqın yanında olmadı”

“Biz bir partiya olaraq insanlara əlimizdən gələn yardımları etdik. Amma belə bir fikir də var, sağ əlin verdiyini sol əl bilməməlidir. Buna görə də ehtiyacı olanlara nə lazımdırsa etdik və edirik. Amma çox təəssüf ki, Azərbaycan dövlətinin sərvətlərindən özlərinə var-dövlət quranlar, bu dövlətdən yüksək adlar alanlar bu məsələdə ölkə rəhbərindən nümunə götürə bilmədilər”.

Zirveyolu.info-ın xəbərinə görə, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, kim millətini sevirsə, həmişə onun yanında olub: “İndi nə etmək olar ki, o “xalq artistləri”, lüt oynayanlar bu ağır günündə xalqın yanında olmadı, olanları isə lağ hədəfinə çevirdilər. Bu ağır gündə hərə öz xislətini göstərdi. Düşmən də, dost da ağır gündə sınanır. Amma bizim kimsəyə ehtiyacımız yoxdur, dövlətin böyük səyləri nəticəsində bu ağır günlərdən üzüağ çıxırıq. Gələcək nəsil bunu yüksək səviyyədə qiymətləndirəcək. Amma çox təəssüf ki, bizim o bəzi “artistlər”, bəzi yüksək adlar almış şəxslər bu ağır günlərdə dövlətin yanına ola bilmədilər. Buna təəssüf edirəm, həmişə də bunları dilə gətirəndə biz söyüş obyektinə tuş gəlirik. Amma biz obyektiv şəkildə dövlətin gördüyü işlərin yanına olmuşuq. Bu gün də xalqımız bizə hər şeydən əzizdir. Bəs o “artistlər”, artistciklər, bu xalqın toylarından on minlərlə pul alanlar niyə indi onun yanında görünmür? Bunlar çox ağrılı məsələlərdir. Hər halda ictimai qınağa tuş gəliblər və gələcəklər də. Mən bu cür düşünürəm: bu dar günündə xalqın yanında olmaq lazımdır”.Teleqraf

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir