Lökbatan istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev paylaşıb.
Qəza kənar dairəvi yolda qeydə alınıb. İki maşının toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri aşıb.
Hazırda qeyd olunan yolda tıxac müşahidə edilir.