Dövlət dili normalarını pozanların cərimələnməsi təklif olunur.
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə 533-1 maddəsində əksini tapıb. Layihəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
(APA)