Siyasət

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün YEKUN BƏYANATI

Azərbaycan və Ermənistan XİN başçıları və ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Şofer – ABŞ) mart ayının ortalarından etibarən uzaqdan tez-tez məsləhətləşmələr aparıblar və aprelin 21-də keçirilən ortaq video konfrans da bunlardan biridir. Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Müzakirələr zamanı iştirakçılar qlobal səhiyyə böhranının regiona təsirini və regiondakı son hadisələri müzakirə ediblər.

Onlar həmçinin yanvarın 30-da Cenevrədə verilmiş birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı növbəti addımları nəzərdən keçiriblər.

COVID-19 pandemiyası nəticəsində yaranan fövqəladə vəziyyətə görə əvvəlcədən razılaşdırılmış humanitar təsvirlərin icrasının təxirə salınması etiraf edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir