Aprelin 28-də respublika üzrə xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardım (ÜDSY) ödənişləri həyata keçirilir.
Zirveyolu.info-ın məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının yaranmaması üçün ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə uyğun olaraq dəyişdirilib.
ÜDSY-ni istənilən bankomatlardan, eləcə də, “Azərpoçt”un bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar.