Canlı yayımda Erdoğanla bağlı suala “İyi Partiya” lideri Meral Akşener qəhqəhə ataraq cavab verib.
, “Habertürk”ün canlı yayımında Fatih Altaylının qonağı olan “İYİ Partiya” lideri Meral Akşener, gündəm mövzularına dair qiymətləndirmələr edib. Bu zaman Akşeneri pis vəziyyətə salan sullardan biri səslənib. Belə ki, proqramda zamanla gələn sualları Akşenerə yönəldən Fatih Altaylı “Bir vətəndaş Səhiyyə nazirini Ərdoğanın vəzifəyə gətirdiyini və bunu Elmi Komitənin təsdiqləməsini niyə göz ardı edir?” sualını ünvanlayıb.
Bu suala bir müddət ara verən Akşener, daha sonra gülüb. Akşenerin bu hərəkətindən təəccüblənən Altaylı “Nə oldu, Meral xanım?” sualını verib. Akşener “Yaxşı sualdır” deyərək gülməyə davam edib.
[media=https://youtu.be/Lt_zYYvgpb0]