Azərbaycanda bəzi ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş qadağası aradan götürülür.
“Qafqazinfo” xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata əsasən, mayın 4-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunacaq.
Qeyd edilir ki, ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna edilir.